Masallı rayon Mərkəzi Kitabxanasının Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialında klassik poeziya ənənələri ilə yanaşı, xalq ruhunda realist əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən şair Molla Vəli Vidadinin (1709–1809) anadan olmasının 315 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri iştirak ediblər.
Kitabxana filialının müdiri Sevanə Mənsimova çıxış edərək şairin həyat yolu və yaradıcılığından danışıb. Bildirilib ki, M.V.Vidadinın yaradıcılığında vətənə, torpağa və insanlara məhəbbət yüksək bədii dillə ifadə olunub.