Astara rayon Heydər Əliyev Mərkəzində Ceyhun Babayev adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Estetik tərbiyə və şəxsiyyətin mənəvi zənginliyi” mövzusunda tədbir keçirilib. Tədbir “Uşaqlara dair Strategiyanın həyata keçiriməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.

Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, əməkdaşlar Elza Kazımova və Aygün Rufullayeva mövzu ilə bağlı çıxış ediblər.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan nəşrlərdən təşkil olunmuş sərgiyə baxıblar.