İyulun 16-da Sumqayıt Dövlət Dram Teatrında 56-cı mövsümün sonuncu tamaşası oynanıldı.

Nümayişdən öncə teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov tamaşaçıları salamlayaraq, səhnəyə çıxan teatrın yaradıcı heyətini təqdim etdi. Bildirdi ki, teatr mövsümünün açılışı kimi bağlanışı da əlamətdar mərasimdir, üstəlik, bu həm də bir növ kollektivin hesabatıdır. Bu mövsüm yaradıcılıq baxımından çox uğurlu olub, kollektiv bir çox festival və teatr bayramında iştirak etdi.

Firudin Məhərrəmov mövsümün uğurları arasında gənc rejissorlar Ümid Abbasın və Fuad Cavadzadənin uğurlu yozumlarını da vurğuladı.

Sumqayıt teatrının veteranı, Xalq artisti Məzahir Süleymanov doğma teatrın nailiyyətlərini bu gün də qürurla alqışladığını bildirdi və 56-cı mövsümün uğurlarla yadda qaldığını söylədi.

Çıxışlardan sonra Turqud Özakmanın pyesi əsasında hazırlanmış “Ocaq” tamaşası nümayiş etdirildi.

Gülcahan