Məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə təsis edilən “İpək yolları gənclərin gözü ilə” (Youth Eyes on the Silk Roads) fotomüsabiqəsi artıq 6-cı ildir keçirilir.

Bu il mayın 2-də işlərin təqdim edilməsi üçün açıq elan olunan növbəti müsabiqəyə qeydiyyat üçün son tarix avqustun 5-dək uzadılıb.

Müsabiqəyə 14-17 və 18-25 yaş kateqoriyalarında yeniyetmə və gənc fotoqraflar müraciət edə bilərlər.

Qaliblərə hədiyyələr veriləcək və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, peşəkar fotoalbomda dərc olunacaq.

Azərbaycanın gənc fotoqrafları da müsabiqədə iştirak etməyə dəvət olunur.