25-26 iyul tarixlərində Hindistanın Caypur şəhərində keçirilən 11-ci “MICE India & Luxury Travel Congress”də (MILT Congress 2024)” Azərbaycanın işgüzar turizm imkanları tanıdılıb.
Azərbaycan Turizm Bürosu tədbirdə ölkəmizi “bürünc tərəfdaş” statusunda təmsil edib.
Hindistanın sahə üzrə mütəxəssisləri, tədbir agentlikləri və toy təşkilatçıları ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar turizmin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
2024-cü ilin yanvar-iyun dövründə hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 117 985 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.