Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında səhnələşdirilmiş “Sən həmişə mənimləsən...“Boy çiçəyi” (iki hissəli lirik-psixoloji tənhalıq dramı) tamaşasına ictimai baxış olub. Yazıçının anadan olmasının 110 illiyinə həsr olunan tamaşanın premyerası teatrın mövsüm bağlanışında teatrsevərlərə təqdim edilib.

Bu barədə bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa ediblər.