2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə regionlardakı mədəniyyət ocaqlarında da tədbirlər keçirilir.

Kinomuz üçün əlamətdar gündə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Dövlət Rəsm Qalereyası “Art kino” adlı yeni layihə təqdim edir. Layihənin məqsədi rəssamlıq sənəti ilə kinonun sintezini diqqətə çatdırmaqdır.

Avqustun 2-də layihə çərçivəsində rəssamların həyat və yaradıcılığına həsr olunan filmlər nümayiş etdiriləcək. Bundan əlavə, səyyar film nümayişləri də nəzərdə tutulur.