Avqustun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir təşkil edilib.

Tədbirdə yazıçı-publisist Şamil Tağıyev, bədii qiraətçi Əlizamin Abdullayev  və digər qonaqlar iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının milli istinad və qürur mənbəyidir. Dövlətimizin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına, təbliğinə stimul və təkan verir. Azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da müstəsna əhəmiyyət kəsb edir.

Sonda vətənsevərlik mövzusunda şeirlər səsləndirilib.