Qazaxıstanın tanınmış kinooperatoru Erkinbek Ptıraliyev Amerika Kino Sənəti və Elmləri Akademiyasına üzv seçilib. O, “Oskar” mükafatının səsverməsində iştirak edəcək ilk qazaxıstanlı olacaq.
Kino xadimi və Qazaxıstan Milli Incəsənət Universitetinin müəllimi bu barədə fikirlərini sosial media hesabında paylaşıb: “Bu, mənim üçün böyük şərəf və dünya kinosuna töhfəmin bəhrəsidir. Dünya kino industriyasının ən yaxşı nümayəndələrini birləşdirən belə nüfuzlu təşkilatın bir hissəsi olmaq kimi heyrətamiz imkandan ötrü minnətdaram...”.
Erkinbek Ptıraliyev 2011-ci ildə universiteti bitirib, sonra operator sənətinə dair elmi iş müdafiə edərək magistr dərəcəsi alıb. Rejissor Adilxan Yerjanovun “Ev sahibləri” filmindəki operator işi onu tanıdıb. Onların hələlik axırıncı birgə filmi olan “Çöl canavarı” yaxın günlərdə ekranlara çıxacaq.
Gülcahan