"Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəznində "Vətən" musiqi qrupu 25-28 iyul tarixlərində Polşada keçirilən "Podlaski Oktawa Kultur" Beynəlxalq festivalında silsiləli şəkildə Azərbaycanı təmsil edib. "Podlaski Oktawa Kultur" Beynəlxalq festivalı artıq 16-cı dəfədirki Polşada keçirilir. Festivala Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsi təşkilatçılıq edir.

"Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Asosasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov 25 iyul tarixindən başlayaraq Polşanın Bialistok, Kleszczele və Stary Folwark şəhərlərində davamlı olaraq konsertlər və ustad dərsləri keçib.

Ən böyük konsert isə Bialistok şəhərinin mərkəzi küçəsində gerçəkləşib. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz əvvəlcə onları Polşa dilində salamlayıb. Tamaşaçılar Azərbaycan muğamlarını və musiqilərini onlara sevdirən musiqçilərimizi ayaq üstə alqışlayıblar.

Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında olan Xarıbülbülün mənası və Azərbaycan muğamı haqqında ətraflı müsahibə verib, musiqilərimizi Polşa radiosunda səsləndiriblər. Festivala musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun sədri Sedat Şamillidə qatılıb.

Sonra musiqiçilərimiz 30 iyul tarixində Krakovda "Xarıbülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosasiyasının təşkilatçılığı ilə möhtəşəm konsert verib, "Qarabağ" mahnısını tamaşaçılar ilə bir yerdə oxuyublar. "Vətən" musiqi qrupunun hər biri üzvü diplom və qiymətli hədiyyələr ilə təltif edilib.

Qeyd edək ki, respublika və beynəlxalq müsabiqələr qalibləri olan təmsilçilərimiz, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridirlər. Təmsilçilərimizə uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik.