Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında 2024-cü ildə imzalanmış əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində layihə müsabiqəsi elan edilir.
AMEA-dan bildirilib ki, müsabiqədə akademiyanın elmi müəssisələri, Türkiyənin universitetləri və tədqiqat institutları iştirak edə bilər. Layihələr “Urbanizasiya, şəhər və regional planlaşdırma (dayanıqlı şəhərlər)”, “Mədəniyyətlərarası qarşılıqlı əlaqə”, “Dil birliyi üzrə tədqiqatlar”, “İqtisadiyyat (dairəvi iqtisadiyyat və inkişaf məsələləri daxil olmaqla)”, “Seysmologiya”, “Rəqəmsal transformasiya” mövzuları üzrə təqdim edilməlidir. Müsabiqə şərtləri buradan əldə edilə bilər: (Call for proposals)
Türkiyə və Azərbaycandan olan tərəfdaş qrupları tərəfindən birlikdə ingilis dilində hazırlanmış layihə təklifləri bu ərizə formasında (Application form) təqdim edilməlidir.
Müsabiqə noyabrın 5-dək açıqdır.
Azərbaycan tərəfindən layihə rəhbəri layihə təkliflərini noyabrın 5-dək esmira.alirzayeva@science.az ünvanına göndərməli, noyabrın 19-dək imzalanmış sənədləri AMEA Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinə (İstiqlaliyyət küç. 30, AZ1001, Bakı) təqdim etməlidir.
Əlavə məlumat üçün (99412) 492 34 46 telefon nömrəsinə müraciət edilə bilər.