Dövlət Turizm Agentliyi 2024-cü ilin birinci yarısına dair bülleteni təqdim edib
Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-iyun dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.
Agentlikdən bildirilib ki, bülletendə Dövlət Turizm Agentliyinin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.
İctimaiyyəti məlumatlandırmaq məqsədilə ildə 2 dəfə olmaqla, 6 aydan bir bülleten dərc olunacaq və qurumun rəsmi veb-saytında “Xəbər bülleteni” bölməsinə yerləşdiriləcək.