Sentyabr ayında Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək.

Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə istedadlı gənc vokalçıların parlaması və dəstəklənməsi üçün mühüm meydan olacaq.

Nazirliyin yaydığı məlumata görə, estrada janrında oxuyan respublika, beynəlxalq və televiziya müsabiqələrinin 18-35 yaşlı iştirakçıları, həmçinin mədəniyyət və incəsənət profilli ali məktəblərin tələbələri müsabiqəyə qatıla bilərlər. İştirak ərizələri 1 sentyabr 2024-cü il tarixinədək qəbul edilir.

Müraciət üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir ki, bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi ilə tanışlığına və öz məharətini beynəlxalq səhnədə nümayiş etdirməsinə imkan verir. 

Gülcahan