Qazax Dövlət Dram Teatrı daha bir səhnə əsərini hazırlayıb. “Səmirsiz” monotamaşasına Akademik Rus Dram Teatrından dəvət olunmuş rejissor Abdulla Elşadlı quruluş verib.

Semuel Bekketin “Sözsüz əməl” pyesi əsasında hazırlanan səhnə əsəri (absurd sükut) Mədəniyyət Nazirliyinin bu ilin payızında reallaşacaq Monotamaşalar festivalı üçün nəzərdə tutulub.

Səhnə tərtibatçısı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, butaforçu Qazax Dövlət Dram Teatrının baş rəssamı Sayad Məmmədov, bəstəkar Azər Hacıəsgərli, prodüser Allahverdi Musayevdir.

Cəmiyyətdə baş verən hadisələrə, ətrafdakı haqsızlıqlara sükutla etiraz bildirilən birpərdəli tamaşada teatrın gənc aktyoru Rüfət Əhmədov oynayır.