Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Əməkdar artist Ramil Qasımov “Sənsiz gecələr” adlı klip təqdim edib.

Klipin ideya müəllifi akademik Rafael Hüseynovdur.

Sözləri Məhəmməd Füzuliyə aid olan əsərin musiqisi Rizvan Sədirxanov, aranjimanı Tural Məmmədova məxsusdur. Klipin səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir.