Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il sentyabrın 13-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar sentyabrın 9-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.