“Diplomatic World Sweden” ölkəmizin görməli yerləri haqqında

 

Diplomatların, siyasətçilərin, həmçinin İsveçdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının əsas auditoriyası olan “Diplomatic World Sweden” portalında Azərbaycanın görməli yerlərindən bəhs edilən məqalə dərc olunub.

“Azərbaycanı ziyarət et” sərlövhəli məqalənin müəllifi oxuculara qədim memarlıq və müasir şəhərsalmanın füsunkar vəhdəti kimi təqdim etdiyi Odlar Yurduna səyahətə yollanmağı tövsiyə edir.

Məqalədə İçərişəhər, Abşeron Milli Parkı, Qarasu vulkanı, Naftalan kurortu, Qobustan kimi görməli yerlər, eləcə də Azərbaycanın mənzərəli subtropik dəniz kurortları barədə müfəssəl məlumat verilir.

Müəllif sonda yazır: “Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın səyahətçilərə təklif edəcəyi çoxlu sayda görməli yer var. Ziyarət etməyə dəyər!”.