İstanbulda Qızıl Orda xanlarından Canibəyə həsr olunmuş əlyazma tapılıb. 1334-cü ilə aid əlyazma 96 səhifədən ibarətdir.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin yaydığı məlumata görə, əlyazmada Canibəyin əcdadları – Qızıl Ordanın qurucusu Çingiz xandan atası Özbək xana qədər şəxslər haqqında qızılla həkk olunmuş hikmətli kəlmələr yer alıb.

Əlyazmanın üz qabığında Osmanlı Sultanı II Bəyazidin (1447–1512) möhürü var.

Tarixi sənədi elmi-tədqiqat işi zamanı Qazaxıstan Mərkəzi Dövlət Arxivinin əməkdaşı Ömirbek Kanay aşkar edib. Qiymətli əlyazmanın surəti Qazaxıstana gətirilib.

Canibəy Qızıl Ordanın sayca XI xanı olub, 1342–1357-ci illərdə dövlətə başçılıq edib.