Sentyabrın 7-8-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək. Festivalın zəngin şou-proqramı var.
Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda yerli və əcnəbi sənətçilər çıxış edəcəklər.
Aygün Kazımova, Azad Şabanov, Edqlis Hayle (kubalı müğənni və rəqqasə), Elvin Mirzəzadə, “Good Girls” qrupu, “Niko’s Band” (Gürcüstan), “MadTeen & Rəssam”, “Roman&Nirvana Band”, Şəhriyar İmanov və Teymur Süleymanbəyli duetinin iştirakı ilə konsertlər olacaq. Konsertləri Dj Amalov aparacaq. Həmçinin Braziliya karnaval, tanqo rəqslərinin nümayişi olacaq.
İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klass, açıq havada film nümayişi.
Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün fürsətdir. Festivalda iştirak iTicket.az saytı vasitəsilə qeydiyyatdan keçməklə mümkündür.