Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanası rayon Mədəniyyət Mərkəzinin foyesində “Milli sərvətimiz muğamı bəşəri musiqiyə çevirənlər” adlı tədbir keçirib.
Çıxışlarda xalqımızın qədim, zəngin musiqi mədəniyyətinin, dünya musiqi xəzinəsinin incisi olan Azərbaycan muğamından söz açılıb. Muğam sənətinin yaşadılması və inkişafı, qorunub tanıdılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən silsilə layihə və tədbirlər haqqında ətraflı məlumat verilib. Sonda Mehriban xanım Əliyevanın doğum gününə (26 avqust) həsr edilmiş “Əzmkar insan, humanizm və insanpərvərlik örnəyi” adlı kitab sərgisinə baxış olub.
***
Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Türyançay qəsəbə Sənətkarlıq evində isə “Muğam milli sərvətimizdir” adlı tədbir təşkil olunub. Tədbirdə xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğam və təsniflər səsləndirilib.