Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) direktor müavini vəzifəsinə təyinat olub.
Kino Agentliyi Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, MEMİM-in direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib.
Hər iki şəxs dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləridir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin finalı 2024-cü il 19-21 iyul tarixlərində keçirilib. Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün onların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından qalib elan olunmasına qərar verilib. Beləliklə, builki “Yüksəliş” müsabiqəsində ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb.