Sentyabrın 3-də "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda Salyan və Şamaxı “ASAN Xidmət” mrkəzlərinin əməkdaşları üçün infosessiya və ustad dərsləri təşkil olunub.

İnfoturun məqsədi Ağsu qoruğunun fəaliyyəti, burada həyata keçirilən bərpa, konservasiya işləri ilə tanışlıq, gənclərin mədəni irsə olan yaradıcılıq meyllərinin stimullaşdırmasından ibarət olub.

İnformativ turda qoruğun baş fond mühafizi, heykəltaraş Vüqar Quliyev və bələdçi Xoşqədəm Əkbərova iştirakçılara sənətkarlıq məhəlləsi, buzxana kompleksi, cümə məscidi haqqında geniş məlumat verib, onları ərazidəki abidələrlə tanış edib. Eyni zamanda “Orta əsr şəhərlərinin baş meydanları sərgisi”nin təqdimatı olub.

İnfosessiya çərçivəsində V.Quliyev tərəfindən “Tarixi abidələrin heykəlciklərinin hazırlanması” mövzusu üzrə təlim təşkil edilib. Təlimdə heykəlciklərin düzəldilmə mexanizmi təqdim olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Tədbir iştirakçıları ilə həmçinin innovativ inkişaf, yaradıcı sənayelər sahələrində mövzular üzrə fikir mübadiləsi aparılıb. Ağsu qoruğu ilə “ASAN Xidmət” mərkəzləri arasında əməkdaşlıq haqda razılıq əldə olunub.