Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbi Gürcüstanın Batumi şəhərində onlayn keçirilən "World Harmony" beynəlxalq folklor və klassik musiqi festivalında təmsil olunub.
Məktəbin fortepiano ixtisası üzrə II sinif şagirdi Mikayıl Cavadzadə (müəllim M.Cəfərova) uğurlu ifası ilə II yerə layiq görülərək laureat adını qazanıb.