Oslo şəhərində Norveç Televiziya və Radio Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.
Tədbir həmyerlimiz, orkestrin skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Ü.Hacıbəylinin “Arazbarı”, “Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, “İldırımlı yollarla” baletindən miniatürlər, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Muğam-poema”, “Məhəbbət rəqsi”, həmçinin M.Haşımov və A.Əliyevin solo skripka üçün işləməsi olan “Bayatı-Şiraz” muğamı ifa olunub.
Yerli sənətsevərlər Azərbaycan musiqisi nümunələrini maraqla dinləyiblər.