Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 35-ci mövsümündə tamaşaçıları ilə görüşə sentyabrın 14-də gələcək. Həmin gün Xalq artisti Şirzad Abutalıbovun quruluşunda yubiley tamaşa-kompozisiyası nümayiş olunacaq.
Hazırda teatrda yerli müəlliflərdən Eluca Atalının “Ənqa quşu” pyesinin üzərində yaradıcılıq işi davam edir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı muxtar respublikanın Əməkdar rəssamı Sabir Məmmədov, bəstəkarı Əli Məmmədovdur.
Yaradıcı heyət görkəmli yazıçı Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik dramına da yenidən səhnə yozumu verəcək.
Hər iki nümunə ilin sonunadək repertuarda olacaq.
Uşaqların qış tətili, Yeni il günlərində isə “Maşa və Ayı” cizgi filmi əsasında tamaşa ərsəyə gələcək.