Sentyabrın 25-26-da Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı keçiriləcək.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Qeyd olunur ki, “Etimad və qlobal idarəetmə, iqlim tədbirləri: BMT-nin gələcək sammiti ilə COP29-un əlaqələndirilməsi” mövzusuna həsr olunan toplantıya İngiltərə, Latviya, Türkiyə, Bolqarıstan, Belçika, Avstriya, Norveç, İsrail, Finlandiya, Xorvatiya, Sloveniya, Slovakiyanın sabiq liderləri, Dünya Səhiyyə Təşkilatı, BMT-nin bir sıra təşkilatları, Baş Assambleyanın 67, 72, 73, 75, 77, 78-ci sessiyalarının prezidentləri qatılacaq.
Toplantı çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” yeni sahiblərinə təqdim olunacaq.