Almaniyanın qədim tarixə malik Manheym Opera Teatrı (Nationaltheater Mannheim) yeni mövsümün əvvəlində Lüdviqshafen şəhərindəki teatrında yeddi dəfə Pyetro Maskaninin “Kənd namusu” operasını təqdim edəcək.
Sentyabrın 19-dan oktyabrın 6-dək göstəriləcək tamaşalarda Alfio partiyasını Azərbaycanın Xalq artisti Əvəz Abdulla ifa edəcək.
Pfalzbau teatrında oynanılacaq tamaşanın quruluşçu rejissoru Roland Velte, musiqi rəhbəri və dirijoru Yanis Liyepinşdir.
Gülcahan