Masallı rayon Mərkəzi Kitabxanasında şair Azad Talışoğlunun (Azad Əkbər oğlu Quliyev; 1924–2008) 100 illiyi ilə əlaqədar “Beynəlmiləlçi və humanist şair” adlı tədbir keçirilib.

Qeyd edilib ki, Masallı rayonunun Qodman kəndində dünyaya göz açan Azad Talışoğlu 1942-ci ildə Böyük Vətən müharibəsinə yollanıb. Müharibədən sonra daxili işlər sistemində sıravi polis işçisindən polis polkovniki rütbəsinə qədər yüksəlib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirəndən sonra Bakı Şəhər Polis İdarəsinin, DİN-in Pasport qeydiyyatı şöbəsinin rəisi vəzifələrində çalışıb.

“Talışoğlu” təxəllüsü ilə şeirlər yazıb. Müəllifin “Talış dağları”, “Çiçəkli diyar”, “Ana məhəbbəti”, “Vətən eşqi” və s. kitabları çap olunub.