Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış laçınlı ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 11-də doğma yurda qayıdıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə (59 nəfər) köçürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə sakinlərə evlərinin açarların təqdim edilib.
Bununla da Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.