Astara rayon Heydər Əliyev Mərkəzində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil edilib.

Tədbir şəhidlər Elbrus Kamil oğlu Məlikov, Azad Səhhətulla oğlu İbrahimov, İsmayıl Rüstəm oğlu Əliyev, Elşən Hacıağa oğlu Məmmədov, Nizami Şamuyar oğlu Abdullyev, Bakir Rəzzaq  oğlu Qasımov və Rafiq Sahibulla oğlu Məmmədovun doğum və anım günlərinə həsr olunub.

Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, mərkəzin əməkdaşı Elza Kazımova, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Rəna Əsgərova, MKS-nin əməkdaşı Aygül İmaməliyeva tariximizə şəhidlərin canı-qanı bahasına yazılan şanlı Zəfər salnaməsindən söz açıblar.

Şəhidlərin həyatı və hərbi xidmətləri haqqında məlumat verilib, fotoşəkillər nümayiş olunub. Yekunda tədbir iştirakçıları qalereyanın rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Zəfər Orucoğlu