Bakı Uşaq və Gənclər Teatrı yeni mövsümü sentyabrın 20-də müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət sarayında açacaq.

Kollektiv Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında hazırlanmış “Qaraca qız” tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru İlhamə Əhmədova, quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçıları Rauf Hüseynov və Yusif Rüstəmovdur. Rollarda Mehman Piriyev, Niyaz Qasımov, Könül Şahbazova, Flora Hüseynova, Rauf Hüseynov, Sənan Fərzəliyev və başqaları rol alıblar.

Yaradıcı heyət hazırda “Qırmızıpapaq”, “Əyriqulaq dovşan”, “Xəzinələr adası”, “Pəltək cücə”, “Humayın yuxusu”, “Fidan və Qoğal”, “Ağıllı tülkü” və “Cənnətə bilet” tamaşalarının bərpa məşqlərini edir.

Qeyd edək ki, Vətən müharibəsi qəhrəmanlarına ithaf olunan “Cənnətə bilet” tamaşası isə Anım Günü (27 sentyabr) ərəfəsində, sentyabrın 26-da Sabunçu rayonundakı Bakı Gənclər Mərkəzində nümayiş olunacaq.