Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib.
Gənc rejissor Hüseynağa Aslanovun çəkdiyi “Maestro: ildırımlı yollarla” (“Maestro: The Parth of Thunder”) filmi Türk Dünyası IX Beynəlxalq Sənədli Filmlər Festivalının finalına vəsiqə alıb. Festivalın müsabiqə proqramına 12 tammetrajlı, 12 qısametrajlı və 12 tələbə sənədli filmi daxildir.
Festival 16-18 oktyabr tarixlərində Ankarada keçiriləcək. Qalib filmlər Azərbaycan da daxil olmaqla doqquz ölkədə nümayiş olunacaq.
Festival Türk Dünyası Jurnalistləri Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Assosiasiyası və digər qurumların dəstəyi ilə keçirilir.
Gülcahan