Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb.

Bakı Media Mərkəzi, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə çəkilən, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Borc” bədii filminin əsas mövzusu əsgər və zabitlərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiklər igidlik, rəşadət, mərdlik, hərbi bacarıqlar və vətənpərvərlik ruhudur.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub, çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.