Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz RMİ tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hazırlanan “Yaşıl kəndim” layihəsi çərçivəsində Ağstafanın Gürcüstanla həmsərhəd Sadıqlı kəndində konsert proqramı təşkil edilib.

Tədbirdə Ağstafa RİH-in başçısı Seymur Orucov, Qazax-Tovuz RMİ-nin rəisi vəzifəsini icra edən Nail Məmmədov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsert proqramında səsləndirilən bir-birindən şən musiqi nömrələri qəlbləri oxşayıb.

Qeyd edək ki, layihə çərçivəsində Ağstafa rayonunun digər ucqar qəsəbə və kəndlərində konsert proqramlarının təşkili nəzərdə tutulur.