“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər planına uyğun olaraq, Möminə xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə “Atelier Erich Pummer GMBh” şirkətilə müqavilə bağlanıb.
Muxtar respublikanın Mədəniyyət Nazirliyindən bildirilib ki, sentyabrın 22-də şirkətin rəhbəri Erik Pumer və işçi qrup Naxçıvana gəlib, türbənin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.
Qeyd edək ki, “Atelier Erich Pummer GMBH” şirkəti Almaniya vətəndaşı Erix Pumer tərəfindən təsis edilib. 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayan şirkət İçərişəhərdə Qız qalası, Şirvanşahlar sarayı, Buxara və Multanı karvansaraları, Bəylər məscidi və s. tarixi abidələrin bərpa-təmir işlərini həyata keçirib.