Mikayıl Azaflının 100 illiyi münasibətilə  kitab işıq üzü görüb

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının (1924–1990) 100 illik yubileyi münasibətilə “Haqq aşığı yaranıbdı qəm çəkə” adlı şeirlər kitabı işıq üzü görüb.

Kitabı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və aşığın qızı Maral Azaflı tərtib ediblər.

Əməkdar elm xadimi Qəzənfər Paşayev kitaba “Mikayıl Azaflının keşməkeşli həyatı və sənət dünyası” başlıqlı ön sözü yazıb.

Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə nəşr edilən  toplunun redaktorları institutun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı və aşığın qızı Gülarə Azaflıdır. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabda ustad aşığın seçmə şeirləri toplanıb.