Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Art Battle” adlı rəssamlıq müsabiqəsi keçirilib.
“Naxçıvan gənclərin fırçası ilə” devizi altında Həsən Əliyev adına Zəngəzur Milli Parkında – Batabat yaylağında (Şahbuz rayonu) təşkil olunan müsabiqənin sonuncu günündə onlayn qeydiyyatdan keçmiş 15 gənc istedadını nümayiş etdirib.
NMR Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Murad Babayev müsabiqənin gənclərin yaradıcılıq potensialının yüksəldilməsində rolundan danışıblar.
Gənclər muxtar respublikanın tarixini, mədəniyyətini və təbiətini özündə təcəssüm etdirən rəsmlər çəkiblər. Sevinc Fərzəliyeva və Yasəmən Səfərova I, Nuray Abbasova və Leyla Əhmədova II, Sunay Qasımova və Aysu Bağışova II yerə layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.