Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzi (Sabirabad şəhəri) sərgidə xüsusi stendlə təmsil olunur.
Sərginin açılış günündə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı-dramaturq Elçin Hüseynbəyli və başqa yazıçılar, şairlər mərkəzin stendi ilə yaxından tanış olublar.
Ziyarətçilərə mərkəzin fəaliyyəti haqqında məlumat verilib. Bir sıra ziyarətçilər kitab evinin fəaliyyətini yüksək qiymətləndiriblər.