Şəki Dövlət Dram Teatrı payız tətili günlərində məktəbli tamaşaçılara Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” komediyası əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Nərmin Abbasova, Çingiz Novruzəliyev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə və başqaları ifa edirlər.

Hans Kristian Andersenin nağılı əsasında səhnələşdirilmiş “Kralın yeni paltarı” tamaşası da bərpa edilərək tətil günlərində tamaşaçılara təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Elman Rəşidli, baletmeysteri Çingiz Novruzəliyevdir. Səhnə əsərində Əməkdar artist Rəhim Qocayev, aktyorlar Fərahim Fətəliyev, Rəsul Məmmədrəhimov, Xəyal Salahov, Günay Novruzəliyeva və digərləri rol alır.