Alman pianoçu və bəstəkar Bakıda çıxış edib
Oktyabrın 5-də Sənət Musiqi və İncəsənət Mərkəzində məşhur alman pianoçu, bəstəkar Luka Sestakın konserti keçirilib.
Daha çox caz və blüz improvizasiyaları ilə tanınan Luka Sestak Bakıda ilk dəfə solo proqramla çıxış edib.
Konsert hər bir tamaşaçıya musiqiçinin unikal enerjisini və virtuoz ifasını hiss etməyə imkan verəcək kiçik caz-klub ab-havasında baş tutub.
Müəllifin öz bəstələrinin yer aldığı musiqi axşamı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Luka Sestak karyerası ərzində Avropa və ABŞ-nin aparıcı səhnələrində çıxış edərək musiqisevərlərin rəğbətini qazanıb. Onun yaradıcılığında klassik, blüz və müasir caz elementləri vəhdət təşkil edir.