Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi tədbir və təqdimatlarla davam edir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Ekspo mərkəzinin “Lütfi Zadə” təqdimat zonasında tanınmış uşaq yazarı, şair, Prezident mükafatçısı Gülzar İbrahimovanın “Sirli nağıllar” kitabının təqdimatı keçirilib.
Tədbirdə Yasamal rayon A.Məmmədov adına 38 nömrəli tam orta məktəbin 5a sinif şagirdləri və sinif rəhbəri Şölə Qayıbova da iştirak ediblər.
Təqdimatı tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq yazıçının yaradıcılığı haqqında məlumat verib.
Sonra “Gülzar nənə” təxəllüsü ilə uşaqların sevimlisinə çevrilən yazıçı uşaqlara yeni nağılları haqqında danışıb. “Su pərisi və balıq” və “Sehrli nağıllar” məktəblilər və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Uşaqlar mütaliə etdikləri nağıllardan parçalar söyləyib, müəllifə suallar veriblər.
Sonda yazıçı uşaqlara kitablarını hədiyyə edib. Tədbir iştirakçıları Gülzar İbrahimovanın həyat və yaradıcılıq haqqında videoçarxı işləyiblər.
Videoçarxı https://www.youtube.com/watch?v=flh1xsBRT0E linkinə keçid etməklə izləyə bilərsiniz.