Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri oktyabrın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert proqramı ilə çıxış edib.

Bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsertin solisti Ümüd Musayev (faqot) olub.

Proqramda G.Rossini – 3 saylı “Sonata a Quattro” C dur (Bakıda ilk ifa), V.A.Motsart –faqot və orkestr üçün konsert B dur (K.191), B.Britten –prelüd və fuqa (op.29, Bakıda ilk ifa) və F.Əmirov – “Nizami” simfoniyası səslənib.