Oktyabrın 11-də məşhur violin ifaçısı Sergey Doqadin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verəcək.

Filarmoniyadan bildirilib ki, ifaçını Azərbaycanın Əməkdar artisti, bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Konsertdə Q.Qarayev, F.Əlizadə və D.Şostakoviçin əsərləri səslənəcək.

Qeyd edək ki, S.Doqadin 1988-ci ildə Sankt-Peterburq şəhərində anadan olub. O, Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirib və nüfuzlu violin ustadlarından dərslər alıb. Bir çox beynəlxalq müsabiqələrin qalibi olan və bu uğurları ilə özünü violin dünyasında təsdiqləyən S.Doqadin həm solo ifaçı kimi, həm də məşhur simfonik orkestrlərlə çıxış edir.