Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn bir qrup ukraynalı uşaq Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub.
Uşaqlar Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar.
Mərkəzin akt zalında keçirilən görüşdə qoruğun direktoru Zahir Kərimov ukraynalı uşaqlara qoruğun və mərkəzin fəaliyyəti barədə məlumat verib.
Sonra “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmi nümayiş olunub. Çay süfrəsi təşkil olunub, uşaqlara xatirə hədiyyəsi təqdim edilib.
Ukraynalı uşaqlar qoruğun tarixi məkanları – Səlbir və Qala ərazilərindəki arxeoloji qazıntı sahələri ilə də tanış olublar. Onlara arxeoloji ekspedisiya zamanı aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib.