Qəbələ Xalq teatrının tamaşası

 

İsmayıl bəy Qutqaşınlı adına Qəbələ Xalq teatrı dram dərnəyinin üzvləri və Qəbələ rayon 1 saylı klub tərəfindən rayon Mədəniyyət Mərkəzində “Səhnəmizin balaca ulduzları” adlı tamaşa nümayiş olunub.

Tamaşanın hazırlanmasında əsas məqsəd Xalq teatrının inkişafına təkan vermək, gənc aktyorları teatrın səhnəsinə cəlb etmək olub.

Tamaşanın təşkilatçısı dram dərnəyinin rəhbəri Nihad Cəlilzadə çıxış edərək Xalq teatrının fəaliyyətində gənc aktyorların rolunu vurğulayıb.

“Molla Nəsrəddin” lətifələri, həmçinin Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” hekayəti əsasında ərsəyə gətirilən “Səhnəmizin balaca ulduzları” tamaşası maraqla qarşılanıb.

Nümayişdən sonra Qəbələ Xalq teatrının rejissor və aktyor heyəti gənc aktyorları təbrik edib, müvafiq tövsiyələrini bildiriblər.

İştirakçılar Qəbələ rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanı ilə təltif olunublar.