X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Oman Sultanlığının və Qətər Mədəniyyət Mərkəzinin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar.
Azərbaycan Milli Kitabxanasından bildirilib ki, təqdim olunan kitabları qurumun direktoru, professor Kərim Tahirov qəbul edib.
Oman Sultanlığı və Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqə haqqında memorandum imzalanması haqqında razılıq əldə olunub.