Şəki Dövlət Dram Teatrında görkəmli ingilis şair-dramaturqu Vilyam Şekspirin “Heç nədən hay-küy” komediyası əsasında tamaşanın məşqləri davam edir.
Teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin səhnələşdirdiyi tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin aranjimançısı Firudin Allahverdi, rəqslərin quruluşçu Çingiz Novruzəliyevdir.
Rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Pərviz İsmayılov, Rəşid Mirizadə, Aytac İsmayılzadə, Arzu Mustafayeva, Rəsul Məmmədrəhimov və b. ifa edirlər.
Tamaşa ilin sonunadək teatrsevərlərlə görüşəcək.