Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə 2-8 oktyabr tarixlərində keçirilən “Baku Cinema Breeze” Beynəlxalq Festivalı çərçivəsində təşkil olunan VIII “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri elan edilib.

“iCosmos” mövzusuna həsr olunan builki festivalın proqramı üzrə 30-dan çox ölkədən 200-dən artıq əsər arasından seçilən 70-dən artıq film nümayiş etdirilib. Film nümayişləri ilə yanaşı, festivalda “f37Union” fotoqrafiya platforması ilə birlikdə “Dəyişən gerçəklik: səs-sədalar və xəyallar” adlı müasir fotosərgi də keçirilib. Sərgidə yerli və beynəlxalq rəssamların əsərləri ilə şəxsiyyət, transformasiya və davamlılıq mövzuları üzrə fotolar nümayiş olunub.

Festivalın müsabiqə kateqoriyaları üzrə qalibləri məşhur polşalı rejissor Pavel Lozinski, tacik kinotənqidçisi Şarofat Arabova, serbiyalı prodüser və sənət tarixçisi Mara Peohaska Markoviç, rumıniyalı kinotənqidçi Alin Ludu Dumbrava, Azərbaycandan ssenarist, yazıçı Nərgiz Bağırzadə, rejissor, prodüser Seyran Mahmudoğlu, rejissor, prodüser, AKİ katibi Oleq Səfərəliyev, Tbilisi Müasir Rəqs Festivalının direktoru Tamuna Qurçiani, Rusiyadan bədii və sənədli filmlər rejissoru, tarixçi, ssenarist Yevgeni Sımbal və digərləri müəyyən ediblər.
VIII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının qaliblərini təqdim edirik:

 

“Ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə:

“Elə o vaxtdan mən uçuram” / Rejissor: Aylin Gökmen (İsveçrə)

 

“Ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatı:

“4:30” / Rejissor: Vasili Ovçinnikov (Rusiya)

 

“Ən yaxşı yerli qısametrajlı sənədli film” kateqoriyası üzrə:

Birinci yer: “Kaifunun çağırışı” / Rejissor: Ağaəli Sədirli

İkinci yer: “Fəsillər” / Rejissor: Pərviz Həsənov

 

“Ən yaxşı yerli qısametrajlı sənədli film” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatı:

“Tanrının xilas əli” / Rejissor: Babək Abbaszadə

 

“Ən yaxşı tammetrajlı sənədli film” kateqoriyası üzrə:

“Aqatanın üzləri” / Rejissor: Malqorzata Kozera (Polşa)

 

Münsiflər heyətinin xüsusi mükafatı:

“Qar durnalarının anası” / Rejissor: İris Harma / (Finlandiya)

“Bir qərib axtarışı” / Rejissor: Andrea Qatopulos / (İtaliya)

 

“Müsabiqədənkənar sənədli filmlər” kateqoriyası üzrə:

“Bu vəhşi pişiklər” / Rejissor: Stiv Patri / (Kanada)

Kateqoriya üzrə “Xüsusi xatırlatma”

“Alice On & Off” / Rejissor: İzabela Tent (Rumıniya)

“Missis Byüika” / Rejissor: Yudjin Byüika (Rumıniya)

 

“Müsabiqədənkənar ən yaxşı qısametrajlı sənədli film” kateqoriyası üzrə:

“Sizi tanımaq” / Rejissor: İoanna Krjevska (Polşa)

Kateqoriya üzrə “Xüsusi xatırlatma”

“Estabana” / Rejissor: Hektor Almeida (Kuba)

 

“Tamaşaçıların seçimi” kateqoriyası üzrə:

“Mən bu gün ölü oyanmadım” / Rejissor: Erin Makferson (Belçika)