Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Kəngərli adına sərgi salonunda Müstəqilliyin Bərpası Günü ilə əlaqədar sərgi keçirilib.

Milli Məclisin deputatı, Naxçıvan MR Rəssamlar Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva sərgi barədə məlumat verib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin adı və qətiyyətli siyasəti ilə bağlıdır. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bu uğurları həyatımızın bütün sahələrində görürük.

Digər çıxış edənlər Müstəqilliyin Bərpası Günü haqqında danışıb, iştirakçılara və rəssamlara təbriklərini çatdırıblar.

Əməkdar rəssam Fikrət Babayev tərəfindən çəkilmiş şəhid Şükür Hacıyevin portreti onun anasına təqdim olunub.

Sərgidə 13 rəssamın ümumilikdə 36 əsəri nümayiş olunub.