Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP 29-un şüarı: “Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Yasamal rayon 158 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Məktəblilər öncə mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini özündə əks etdirən eksponatlarla tanış olublar.

Dərsdə “Yaşıl dünya naminə həmrəylik ili"ndə COP 29-un ölkəmiz üçün əhəmiyyəti” mövzusunda məruzə dinlənilib, videoçarx təqdim olunub və məktəblilərin mövzu ilə əlaqədar rəsmləri nümayiş etdirilib.

Sonra tədbir 158 nömrəli tam orta məktəbin şagirdlərinin mövzu ətrafında təqdimatları və çıxışları ilə davam edib.